“Qafqazinfo”nun verdiyi xəbərə görə, Səbail rayonunda növbəti geniş miqyaslı ağacəkmə aksiyası keçirilib. Rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə keçirilən növbəti aksiya Abbasqulu Abbaszadə küçəsi və Bakı şəhərinin cənub-qərb çıxışı olan Salyan yolu boyunca böyük bir ərazini əhatə edib.
Aksiyaya Səbail rayonunun müharibə və əmək veteranları da qoşulublar. Veteranlar rayon rəhbərliyi ilə birlikdə Bayıl yaşayış sahəsində yerləşən Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun adını daşıyan parkda ağac əkib,
«Yaşıl marafon»un ikinci mərhələsi çərçivəsində Səbail rayonunda keçirilən bu aksiya zamanı 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu, 1500 kv.metr sahəyə qazon əkilmiş, əvvəl əkilmiş 4000 ədəd ağaclara qulluq göstərilib.
Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Son xəbərlər
Son Xəbərlər