15 sentyabr "Bilik günü" ənənəvi olaraq Səbail rayonunun bütün orta təhsil müəssisələrində təntənəli şəkildə qeyd olunub.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Səbail rayonunun mərkəzindəki 6 saylı məktəb-liseydə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirilib.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova məktəbin kollektivini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Bildirilib ki, rayonun orta məktəblərini 1481 nəfər bitirib, onlardan 989 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 137 nəfəri 500-dən yuxarı, 47 nəfəri 600-dən, 19 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 127 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub, 6 məzun qızıl medala layiq görülüb.
Məktəb şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunub.
Son xəbərlər
Son Xəbərlər