Səbaildə əhalinin tibbi müayinə tədbirləri davam edir

sebailde-ehalinin-tibbi-muayine-tedbirleri-davam-edir-
Oxunma sayı: 1373


Bununla əlaqədar Səbail  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. 

Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, rayonda kedən işlər İcra Hakimiyyətinin tam nəzarətindədir. Ölkə başçısının verdiyi bu tapşırıq, Azərbaycanda  ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götirilməsi istiqamətində mərkəzdəki  1 və  2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə  səyyar həkim briqadalarının da təşkil olunmuşdur. Fevralın 17-dən etibarən artıq rayon üzrə 10 min nəfərdən çox insanın  müayinələrdən keçməsi təmin olunub. 

1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova rəhbərlik etdiyi tibb müəssisəsinin keçən il Dövlət Poqramına uyğun olaraq əsaslı təmir olunduğu və ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu deyib. Bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insnlara evlərində xidmət göstərirlər.  Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir.