2014-cü il fevralın 17-dən Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb. Bununla əlaqədar Səbail rayon icra hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub.
Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bildirib ki, rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə götürülməsi istiqamətində şəhərin mərkəzindəki 1 və 2, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunub.
Fevralın 17-dən etibarən rayon üzrə 28000 nəfərin müayinələrdən keçməsi təmin olunub. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Son xəbərlər
Son Xəbərlər