Səbaildə elmi-praktiki konfrans - Fotolar

sebailde-elmi-praktiki-konfrans
Oxunma sayı: 802

Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar Səbail rayonunda təşkil edilən silsilə tədbirlər çərçivəsində rayonun bütün orta məktəblərində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir.

"Qafqazinfo" xəbər verir ki, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan növbəti tədbir Səbail rayonunun 7 saylı orta məktəbində rayonun pedaqoji işçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib. 

7 saylı məktəbin direktoru Könül Həsənova əvvələcə qonaqları məktəbin foyesində məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgi və gənc rəssamların tədbirlə bağlı çəkdikləri rəsmlərlə tanış edib.

Daha sonra məktəbin akt zalında "İstiqlalımız əbədidir" mövzusunda video konfrans təşkil olunub.