İH-dən “Qafqazinfo”ya verilən məlumata görə, bayramla əlaqədar şəhərin mərkəzindəki «Sahil bağı»nda lazımi abadlıq işləri aparılıb, park başdan-başa yenilənib, buradakı fəvvarələrin ətrafı güllərlə bəzədilib, parkın skamyalarına güllərdən hazırlanmış 20-dən çox müxtəlif mövzularda kompozisiyalar düzülüb. İcra Başçısı Asif Əsgərov, Energetika naziri Natiq Əliyev, akademik Ziyad Səmədzadə və digər qonaqlar «Sahil bağı»nı gəzib, maraqlı gül ekspozisiyaları ilə tanış olub.
Gül kompozisiyaları, Bakı şəhərinin və paytaxtın mərkəzi rayonu olan Səbail rayonun simvolu olan Qız qalasının, paytaxtımızın simvoluna çevrilən «Alov Qüllələri» Kompleksinin, «Səbail» gəmisinin, iyun ayında Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının güllərdən hazırlanmış simvolları – Nar və Ceyran, oyunların məşəli, tovuz quşu, Günəş müxtəlif idman və digər fiqurların, ümumilikdə 800 mindən artıq güldən hazırlanmış və güllə işlənmiş maketləri, bayram iştirakçılarının diqqətini xüsusilə cəlb edib.
Bayram zamanı orta və məktəbəqədər təhsil müəssisələrinin güllərdən və müxtəlif əlvan materiallardan hazırlanmış geyimli uşaqlar qonaqlar qarşısında çıxış edib.
Son xəbərlər
Son Xəbərlər