Səbaildə “Gül bayramı” - - Fotolar

sebailde-gul-bayrami-
Oxunma sayı: 3990


“Qafqazinfo” xəbər verir ki, bu əlamətdar bayramla əlaqədar şəhərin mərkəzindəki «Sahil bağı»nda lazımi abadlıq işləri aparılmış, park başdan-başa yenilənib, buradakı hər 3 fəvvarələrin ətrafı güllərlə bəzədilib. Bayramın gözəl və yaddaqalan keçməsi üçün rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq tədbirləri görülüb. Rayonun ali, orta və orta ixtisas məktəblərinin, səhiyyə müəssisələrinin, Uşaq yaradıcılıq mərkəzinin şagirdləri müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdələrin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin və şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb edib.

Məlumat verilib ki, Gül bayramı ilə əlaqədar Sahil bağında ümumilikdə 350 min ədəd güldən istifadə olunub.

Parkın bir hissəsində quraşdırılmış səhnədə respublikamızın populyar incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və rayonun musiqi məktəblilərinin kollektivlərinin iştirakı ilə bütün gün ərzində davam edən konsert proqramı tədbiri daha baxımlı və maraqlı edib.