İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, fevral-mart aylarında bu dərslər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib. Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.
2 saylı texniki hümanitar elmlər liseyinin tarix müəlliməsi Sevil Nəsibova tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində olub.
Qeyd edək ki, edilən məruzələr şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər