Səbaildə Heydər Əliyevlə bağlı açıq dərs

sebailde-heyder-eliyevle-bagli-aciq-ders
Oxunma sayı: 719


“Qafqazinfo”ya daxil olan məlumata görə, dərslərin keçirilməsi  Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı və rayonun ən iri ali təhsil ocaqlarından olan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunub.

Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədi ilə xususi qrafik tərtib olunmuş, rayonun orta və ali məktəblərinin  peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.

Səbail rayonunda keçirilən növbəti açıq dərs Azərbaycan Dövlət Pedaqoji Universitetinin zalında keçirilmiş, dərsdə  rayonun müxtəlif orta məktəblərinin XI sinif şagirdiləri ilə yanaşı, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, pedaqoji işçilər, həmçinin universitetin müəllimləri iştirak ediblər.