Səbaildə Heydər Əliyevlə bağlı konfrans keçirilib

sebailde-heyder-eliyevle-bagli-konfrans-kecirilib
Oxunma sayı: 1002

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransın əvvəlində tədbir iştirakçıları mərhum prezidentin abidəsini ziyarət ediblər.

Konfransda iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdlərə Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi,  məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulayıb. 

Tədbirin sonunda Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilib və bu ilin sonunda İcra Hakimiyyətinin dəstəyi ilə növbəti 3-сü kitab çap olunucaq.