"Qafqazinfo"ya daxil olan məlumata görə, Heydər Əlirza oğlu Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 46 illiyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin «Şəhidlər Xiyabanı»ndakı qərargahında Səbail rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, digər ictimai təşkilatların, rayon bələdiyyələrinin və ictimaiyyətinin, KİV nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. .
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayaraq Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlişi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib.
Toplantıda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasınını İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, YAP Səbail rayon təşkilatı aparatının rəhbəri Zəfər Bayramov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev, Respublika Veteran Təşkilatları Şurasının sədr müavini, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Əfqanıstan müharibəsi veteranları ittifaqının sədri Məhəmməd Vəliyev, Anadolu Universitetinin Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Hümbətov, müharibə veteranı Cəbrayıl Əliyev, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov, gənc yazar Ülkər Piriyeva və başqaları Heydər Əliyevin 46 il öncə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıblar.
Son xəbərlər
Son Xəbərlər