“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin, Səbail rayon təsərrüfat xidmətlərinin, rayondakı idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verərək, 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Səbail rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırıb.
Asif Əsgərov bildirib ki, paytaxt Bakı şəhərinin Səbail rayonunda şəhər sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının sevimli istirahət və gəzinti yerləri olan Dənizkənarı Milli Park, «İçərişəhər» Dövlət Tarixi Memarlıq Qoruğu, Dövlət Bayrağı Meydanı, «Fəxri Xiyaban», «Şəhidlər Xiyabanı», həmçinin 3 park və 12 istirahət bağı, 48 mehmanxana, 7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi yerləşir. Qeyd olunan istirahət və əyləncə yerləri də bu böyük idman yarışına hazırlaşır və onların hər birində ilk Avropa Oyunlarınına hazırlıqla bağlı müvafiq tədbirlər həyata keçirilir.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov, Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev və başqaları Oyunlara hazırlıqla bağlı görülən işlərdən danışıblar.
Son xəbərlər
Son Xəbərlər