Səbaildə iftar süfrəsi- - Fotolar

sebailde-iftar-sufresi-
Oxunma sayı: 1515


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Badamdar qəsəbəsində yerləşən “Bəyoğlu” şadlıq sarayında rayon ictimaiyyətinin, bələdiyyələrin, müharibəsi veteranları, şəhid ailələri, rayonda məskunlaşmış məcburi köçkünlərin – ümumilikdə 600 nəfərin iştirakı ilə iftar keçirilib. 

İftar mərasimi axund Surxay Məmmədlinin Qurani-Kərimdən ayələr və Ramazan duasını oxunması ilə başlayıb. 

Mərasimdə çıxış edən İcra Başçısı Asif Əsgərov Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri təbrik edib. O bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. 

Tədbirdə qeyd olunub ki, bu kimi iftar süfrələri Ramazan ayının sonuna kimi rayonun müxtəlif yerlərində, o cümlədən, gündəlik olaraq İçəri şəhər “Cümə” və Bibiheybət məscidlərində də keçiriləcək.