Səbaildə iftar süfrəsi- - Fotolar

sebailde-iftar-sufresi-
Oxunma sayı: 2083


"Qafqazinfo"ya daxil olan məlumata görə, iftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli, «Bibiheybət Ziyarətgah məscidi» dini icmasının sədri, qazi hacı Rahib Babayev və İçəri şəhər «Həzrət Məhəmməd məscidi» dini icmasının sədri hacı Xanmirzə Bağırov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdırıblar. 

Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayaraq qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.

Tədbirdə Ramazan ayının sonuna kimi iftar süfrələrinin Səbail rayonunun müxtəlif yerlərində o, cümlədən gündəlik olaraq İçəri şəhər «Cümə» və Bibiheybət məscidlərində də keçiriləcəyi bildirilib.