"Qafqazinfo"ya daxil olan məlumata görə, iclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov hesabat dövründə rayon üzrə iri sənaye müəssisələri tərəfindən 3 milyard 479,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çox sənaye məhsulu istehsal edildiyini bildirib.
Yanvar-mart aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 57,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,9 % çox istehlak malları satılıb. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 68,7 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da əvvəlki ilin yanvar-mart aylarından 2,9 % çoxdur.
2015-ci ilin yanvar-mart ayları ərzində əhaliyə 19.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29.6 % çox iaşə xidmətləri göstərilib.
2015-ci ilin yanvar-fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 110884 nəfər, orta aylıq əmək haqqının məbləği isə 990.3 manat olub ki, bu da keçən illə müqayisədə 9.4 % çoxdur.
Son xəbərlər
Son Xəbərlər