“Qafqazinfo” xəbər verir ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını Milli Qurtuluş günü münasibəti ilə təbrik edərək qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır.
Əziz bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil və s. aztəminatlı ailələrin üzvləri, rayon təsərrüfat xidmətlərinin işçiləri ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanıb və bu tədbirdə onlar paylanılıb.
Son xəbərlər
Son Xəbərlər