Səbaildə möhtəşəm bayram tədbiri...

sebailde-mohtesem-bayram-tedbiri
Oxunma sayı: 1320

Milli Qurtuluş günü ilə bağlı Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında möhtəşəm bayram konserti təşkil olunub.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Səbail Rayon rəhbərliyi, rayonun huquq-mühafizə orqanlarının elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin, təsərrüfat və xidmət sahələri kollektivlərinin, Milli Məclis üzvlərinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, KİV nümayəndələrinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Heydər Əliyevin səyləri sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Bayram tədbirində respubikanın xalq artisti Teymur Göyçayevin rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayəti ilə xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Aytac Şıxəlizadə və Səbail rayonu 12 saylı Musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında tanınmış dünya və Azərbaycan klassik bəstəkarlarının əsərləri, xalq mahnıları səslənib. Bayram konsertinin sonunda atəşfəşanlıq keçirilib.