Səbaildə növbəti ağacəkmə aksiyası keçirilib

sebailde-novbeti-agacekme-aksiyasi-kecirilib
Oxunma sayı: 707

Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı Səbail rayonunun “Şıx” ərazisində, 50 ha sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salinan “Ekoloji park”ın ərazisində ağacəkmə aksiyaları keçirilib.

Aksiyada rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Yamacda salinan parkın ərazisində son 1 ayda keçirilən ağacəkmə aksiyalarında kəskin dağ yamacı, böyük maillik olan ərazidə buranın landşafına və yerli iqlimə uyğun 20 min yeni Eldar şamı, oleandr və digər ağaclar əkilib.

Keçirilən aksiya zamanı həmin gün ərzində 5 min ədad qeni ağac əkilib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Ümumilikdə isə “Ekoloji park”da ilin əvvəlidndən etibarən əkilən ağacların sayı 80 minə çatıb.