2 İyul – Azərbaycan Polisi günü ilə əlaqədar Səbail Rayon Polis İdarəsində Səbail Rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, rayon ictimaiyyəti və polis idarəsinin şəxsi heyətinin iştirakı ilə təntənəli toplantı keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov qeyd edib ki, bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır.
Polis işçilərini təbrik edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan polisinin tarixi yolundan, onun inkişafından danışıb. Qeyd olunub ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir.
Natiq Səbail Rayon Polis İdarəsinin fəaliyyəti, paytaxtın mərkəzi rayonu, bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərimizin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, neqativ hallara yol verilməsinin, müxtəlif təxribatların qarşısının alınması istiqamətindəki işlərdən danışıb, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Eldar Əzizov bildirib ki, bu gün qonşu dövlətlərdə yaşanan gərgin siyasi-iqtisadi vəziyyətə baxmayaraq Azərbaycan öz mövqelərini dahada möhkəmlədir və buna prezident İlham Əliyevin apardığı siyasət nəticəsində nail olunur.
Tədbirdə Səbail Rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər