Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik edib.
Səbail rayon icra başçısı A.Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən qadınlara Səbail rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Tədbir xalq artisti Faiq Ağayev, müğənni Aslan Hüseynov, Şəbnəm, və digər populyar incəsənət ustalarının konserti ilə başa çatıb.
Son xəbərlər
Son Xəbərlər