“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılıb, bilik bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər.
Səbail rayonunda 18 orta məktəblərində 2075 nəfər pedaqoji işçi çalışır. Orta məktəblərdə 20919 şagird təhsil alır ki, bu il onların 1350 nəfəri məzundur.
Şəhərin mərkəzində yerləşən 6 saylı tam orta məktəbdə ümumilikdə 1993 nəfər şagird təhsil alır. Bu il 2 sinifdə 73 şagird 11-ci sinifi bitirir. Məktəbdə 113 müəllim çalışır ki, onların 5 nəfəri Əməkdar müəllimdir. 6 saylı tam orta məktəb 2007-2008-ci və 2012-2013-cü tədris illərinin yekunlarına görə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin, məktəbin 13 nəfər müəllimi isə «Ən yaxşı müəllim» müsabiqəsinin qalibləri arasında olmuşlar. 2013-cü ildə məktəbin müəllimi Səfərova Əminə «Tərəqqi» medalına, məktəbin məzunu Səfərova Zəhra «Qızıl medala» layiq görülüb.
Tədbirə toplaşan məzunları, onların validenylərini və çoxsaylı qonaqları salamlayan 6 saylı orta məktəbin direktoru Gülşən Orucova məktəb kollektivinin uğurlarını qeyd edərək məktəbin məzunu - 1967-1977-ci illərdə bu məktəbdə oxumuş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə olan diqqət və qayğıdan, məhz Prezidentin sərəncamına əsasən 6 saylı tam orta məktəbin sokülərək yenidən tikilməsi və ölkə başçısının iştirakı ilə 2011-ci il sentyabrın 15-də istifadəyə verilməsindən, burada müasir təhsil üçün hər cür şərait yaradılmasından danışmış, məzunları Prezidentimiz kimi vətənpərvər, işgüzar olmağa çağırıb, onlara gələcək həyatda uğurlar arzulayıb.
Tədbirdə valideynlər, müəllimlər qonaqlar onbirinciləri təbrik edib, məzunlar isə mahnı və rəqsləri ilə öz məharətlərini göstəriblər.
Paytaxtımızın mərkəzindəki 132-134 saylı təhsil Kompleksində keçirilən son zəng tədbirləri xüsusi təntənə təşkil olunub.
Son xəbərlər
Son Xəbərlər