Artıq 2-ci ildir ki, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir.
İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu gün Səbail rayonu 6 saylı orta məktəb-liseyin 8-ci sinif şagirdləri Zərifə Şahbazzadə və Ömər Eyvazovun sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.
Konfransın işində iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq Heydər Əliyevin zəngin irsinin və Azərbaycan tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulayıb. Bildirib ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır.
20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov bu il rayon məktəblərində keçirilən tarix konfrasları, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirib ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 400-dən çox şagirdin hazırladıqları monoqrafiyalar komissiya tərəfindən seçilib və bu ilin sonunda Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə növbəti kitab çap olunucaq.

Son xəbərlər
Son Xəbərlər