Səbaildə sakinlərin təklif və müraciətləri dinlənilib

sebailde-sakinlerin-teklif-ve-muracietleri-dinlenilib
Oxunma sayı: 703

Səbaildə “Əhali ilə aktiv görüşlər aylığına” start verilib.

“Qafqazinfo” xəbər verir ki, görüşlərin əsas məqsədi vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.

İlk görüş rayonun Bayıl-20-ci yaşayış sahəsində yaşayan sakinlər üçün keçirilib. Görüşdə icra başçısının müavini Eldar Ağayev qeyd edib ki, son vaxtlarda 2 saylı SİƏD-in ərazisində yeni “Abad məhəllə” salınmış, I Buxta küçəsi 39 unvanında yerləşən qəzalı binada yaşayan ailələrin köçürülməsi ilə bağlı tədbirlər həyata keçirilib:

“Hazırda 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və Əhəd Yaqubov küçəsində 1,5 ha sahədə yeni istirahət parkının salınması, 6 ünvanda mövcud köhnə tikililərin yerində müasir çoxmərtəbəli binaların inşası aparılır”.

Sakinlər çıxışlarında onları narahat edən məsələlər barədə məlumat veriblər.