İcra Başçısı Asif Əsgərov son zəng tədbirinin keçirildiyi 6 saylı məktəb-lisey və 189-190 saylı orta məktəbdə iştirak edib. Tədbirlərdə çıxış edən Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəblərin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləyib. Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
Qeyd edək ki, Səbail rayon orta məktəblərində 20577 şagird təhsil alır ki, bu il onların 1492 nəfəri məzundur.
Son xəbərlər
Son Xəbərlər