Bakının "Səbail" klubu daha bir əcnəbi futbolçusu ilə yolları ayırıb.
"Qafqazinfo" xəbər verir ki, paytaxt təmsilçisi fransalı Dilan Duventrunun ardınca Bilal Həmdi ilə də müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.
Əlcəzairli futbolçuya azad agent statusu verilib.
Qeyd edək ki, klubda maliyyə problemi yaşanır.
Son xəbərlər
Son Xəbərlər