Səbaildə yaşayış binasında yanğın - 10 nəfər təxliyyə olundu

sebailde-yasayis-binasinda-yangin
Oxunma sayı: 1568

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 900 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik lövhəsi yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.