Ötən ilin dekabr aynda Səbail Rayon İcra Hakimiyyətində keçirilmiş «Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah» mövzusunda dəyirmi masadakı çıxışların əsasında eyniadlı kitab çap olunub.
Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, rayon rəhbərliyi, dövlət qurumların nümayəndələri, Milli Məclis üzvlərinin iştirakı ilə kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, H. Əliyev və prezident İlham Əliyevin siyasətini öyrənib təbliğ etmək vacib məsələdir: “Buna görə də bu kitab çox önəmlidir və böyük əhəmiyyət kəsb edir”.
Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov və digər şəxslər mərasimdə çıxış ediblər.
Çıxışlarda bu kitabın ilk olduğu və gələcəkdə də bu seriyadan olan digər kitabların çap olunacağı qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər