“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
"Qafqazinfo" xəbər verir ki, paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”la yollarını ayıran Vüqar Bəybalayevi sıralarına qatıb.
Artıq tərflər rəsmi müqaviləyə imza atıblar. Gənc yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.
Xatırladaq ki, “Səbail” daha öncə “Qarabağ”la yollarını ayırmış Rahid Əmirquliyev və Ağabala Ramazanovu, eləcə də Şəhriyar Rəhimov (“Kəpəz”) və Orxan Əliyevi (“Zirə”) transfer etmişdi.
Son xəbərlər
Son Xəbərlər