“Səbail”dən ayrıldı, “Sabah”a keçdi

sebailden-ayrildi-sabaha-kecdi
Oxunma sayı: 1234

“Səbail” klubu icraçı direktoru Ramin Həsənovun vəzifəsindən getdiyini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klubun rəsmi feysbuk səhifəsinin yaydığı məlumatda bildirilib.

Onun öz istəyi ilə tutduğu vəzifədən ayrıldığı qeyd edilib. Məlumatda deyilir ki, müvəqqəti olaraq Klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək.

***

“Sabah”da yeni təyinat baş tutub.

Ramin Həsənov klubun baş icraçı direktor vəzifəsinə təyin edilib.