“Səbail” klubu dövrələrarası fasilədə növbəti transferini reallaşdırıb.
“Qafqazinfo” xəbər verir ki, “Kəpəz”də çıxış edən yarımmüdafiəçi Kərim Diniyevi transfer edib.
Karyerası ərzində “Neftçi”, “Sumqayıt” və AZAL kimi komandalarda forma geyinən 24 yaşlı futbolçu “Səbail”lə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Səbail” bir neçə gün öncə Aqşın Qurbanlı və Rahil Məmmədovu heyətinə qatmışdı.
Son xəbərlər
Son Xəbərlər