“Səbail”dən Ukrayna klubuna keçə bilər

sebailden-ukrayna-klubuna-kece-biler
Oxunma sayı: 1255

"Səbail"ın ukraynalı qapıçısı Aleksandr Rıbka karyerasını ölkəsində davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı qolkiperi Premyer Liqa təmsilçisi "Olimpik" transfer etmək istəyir.

Rıbka ötən ilin yanvarından "Səbail"də çıxış edir. Onun paytaxt təmsilçisi ilə 1,5 illik müqaviləsi mövcuddur. Təcrübəli qapıçı "Dinamo" (Kiyev), "Şaxtyor", "Obolon", "Karabükspor" kimi klublarda çıxış edib.