“Səbail”dən yeni transfer

“Səbail”dən yeni transfer
Oxunma sayı: 704

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, paytaxt klubu gürcü yarımmüdafiəçi Luka İmnadzeni heyətinə qatıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

İmnadze karyerası ərzində “Quria”, “Saburtalo”, “Kolxeti Poti”, “Rustavi” və “Samtredia” klublarının uğurları üçün çalışıb.