“Səbail”dən yeni transfer

sebailden-yeni-transfer
Oxunma sayı: 1136

Bakının “Səbail” klubu heyətini yeni qapıçı ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, “Səbail” klubu “Zirə”dən ayrılan Rəşad Əzizli ilə müqavilə imzalayıb.

İyirmi səkkiz yaşlı oyunçunun sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Əzizli 2016/2017 mövsümündə "Səbail"in formasını geyinib.