“Səbail”in legioneri qeyri-etik hərəkətə görə diskvalifikasiya olundu - Video

sebailin-legioneri-qeyri-etik-herekete-gore-diskvalifikasiya-olundu
Oxunma sayı: 2367

“Səbail”in futbolçusu Qoba Zakpanın cəzalı müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, AFFA İntizam Komitəsi portuqaliyalı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb 31 yaşlı forvardın Premyer Liqanın XXXV turunda “Turan Tovuz”la keçirilən görüşdə qeyri-etik hərəkəti olub. Bu, paytaxt təmsilçisinin 1600 manat məbləğində cərimələnməsinə yol açıb.

Qeyd edək ki, “Turan Tovuz” – “Səbail” matçı 2:2 hesabı ilə başa çatıb.