Bu gün Səbail rayonunda “Səbailli gənclər nakomaniyaya yox deyir!" mövzusunda tədbir keçirilib. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, “26 iyun- BMT-nin Narkotiklə Mübarizə Günü”nə həsr olunmuş tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Səbail rayon İcra rəhbərliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, ictimaiyyət və gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən İcra Başçısının müavini Eldar Ağayev qeyd edib ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir:
“Narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Buna görə də, son vaxtlarda Səbail rayonunda narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilib. Keçirilən tədbirlər epizodik deyil, konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz əlaqələrini daha da möhkəmlətməlidirlər”.
Sonra narkomaniyanın fəsadları ilə bağlı film və maarifləndirici video-çarxlar nümayiş etdirildi.
Daha sonra çıxış edən hər bir kəs narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər