Səbailli iş adamları bu təşəbbüsə qoşuldu

sebailli-is-adamlari-bu-tesebbuse-qosuldu
Oxunma sayı: 956

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı təşəbbüsünə dəstək olmaq, məqsədi ilə Bakının Səbail rayonunun tikinti sahəsində fəaliyyət göstərən firma, şirkət, Mənzil Tikinti Kooperativi, ümumilikdə 20-dən çox şirkət  rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, rayon sahibkarları adından çıxış edən “Pilot Residense” şirkətinin rəhbəri Babək İsmayılov ilk öncə dövlətin sahibkarlara yaratdığı şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və ölkədə aparılan sosial əhəmiyyətli tədbirlərin reallaşmasında, xüsusi ilə də məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında lazımi köməkliklərini göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.

Babək İsmayılov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma  mərasimindəki çıxışını xatırladaraq vurğulayıb ki, biznes strukturları, sahibkarlar da soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşmasına biganə yanaşmayıb, öz dəstəklərini veriblər və bu təşəbbüsə Səbail rayonunda ilk olaraq “Pilot Residense” şirkəti  qoşulub.

Tədbirdə bildirilib ki,  Səbail rayonu ərazisində mənzil tikintisi ilə bağlı hazırda 10-dan çox Pilot layihəsi həyata keçirilir. 8 ünvanda tikinti aparılir, digər layihələrlə bağlı isə sənədləşmə işlərinin gedir. Bu layihələrdə iştirak etmək üçün yeni-yeni sahibkarlar müraciət edirlər. 

Daha sonra çıxış edən səbailli iş adamları Fortis Bayıl şirkətindən Akif Aslanov, Best Constraktion şirkətindən Mikayıl Nəsirov, Elçin Kərimov və başqaları  ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinə görə ölkə rəhbərinə minnətdarlıq bildirərək, həyata keçiriləcək layihələrdə iştirakçı olmaqdan məmnunluq ifadə ediblər.

Sonda Səbail rayonunda tikinti sahəsində çalışan sahibkarlar adından bəyanat qəbul edilmişdir.