Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində ənənəvi layihə həyata keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, gənclərin sağlam böyüməsi, onların idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi tərəfindən rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladlarının 180 nəfərdən çox qrupu üçün Qusar şəhərində yerləşən “N” saylı hərbi hissədə “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb.
Bu münasibətlə Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Sahil bağı”nda yola salınma mərasimi keçirilib.
Yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb.
Tədbirdə çıxış edən Müdafiə Nazirlyinin İdarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, tədbirin əsas məqsədlərindən biri gələcək əsgərlərimizin hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə, ordumuzun silah və texnikası ilə yaxından tanışlıq və məktəblilərin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmiqdan ibarətdir.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Müdafiə Nazirliyinin Qusar şəhərindəki “N” saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülüb.
Son xəbərlər
Son Xəbərlər