Səbaillilərin cəbhə bölgəsindəki əsgərlərə Novruz töhfəsi

sebaillilerin-cebhe-bolgesindeki-esgerlere-novruz-tohfesi
Oxunma sayı: 1006


Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıbar.

Hərbi hissədə, əsgər kazarmaları və təmas xəttindəki bir neçə bölüklərlə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz Bayramı münasibəti ilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Qonaqlar hərbi hissə və onun yeni istifadəyə verilmiş kazarmalar üçün Səbail RİH-nin hədiyyələrini, döyüş bölgəsi üçün xüsusi olaraq vacib olan ləvazimatları, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. 

Keçirilən bayram tədbirində Səbail və Tərtər rayon rəhbərliyi, Səbail rayon ictimaiyyəti nümayəndələri, hərbi hissəinin rəhbər komanda heyəti ilə yanaşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İdarə rəisi polkovnik Aydın Ələsgərov, Tərtər rayon hərbi prokuroru polkovnik-leytenant Fuad Məmmədov və digər rəsmi qonaqlar da iştirak ediblər. 

Sonra respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün böyük konsert proqramı təşkil olub. Populyar müğənnilər Elton Hüseynəliyev və Sevda Yəhyayevanın gözəl çıxışları əsgərlər tərəfindən xüsusi rəğbətlə qarşılanıb.