Şəbəkəyə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatıb

Şəbəkəyə qoşulan təhsil müəssisələrinin sayı 1200-ə çatıb
Oxunma sayı: 285

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilib. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunub.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin inkişafı ilə əlaqədar yaradılmış distant tədris mərkəzi, o cümlədən mərkəzdəki müəllim və şagirdlər üçün kompyuter dəstləri və zəruri şəbəkə avadanlıqı təqdim olunub. Bundan əlavə “Elektron Təlimləndirən Sistemlər” layihəsi çərçivəsində müəllim, şagird və valideynlərin təhsil prosessinə cəlb olunması üçün təhsil portalının hazırlanması işlərinə başlanılıb.
146 nömrəli Qaynar Xətt xidmətində 2011-ci il ərzində 3000-dən çox zəng qəbul edilib və müvafiq texniki dəstək xidmətləri göstərilib. Nəticə olaraq 2009-cu ildən indiyədək qəbul olunmuş zənglərin sayı 7000-ə çatıb.

Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilib. Respublika üzrə şəhər və rayonlarda 32 000 ədəd kompyuterə texniki xidmət göstərilib. Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin sayı 2011-ci ilin sonuna qədər 1200-ə çatdırılıb.

Məlumat və Resurs Mərkəzində “Elektron Sənəd Dövriyyəsi”nin dəstəklənməsi və məsləhət xidmətləri göstərilib.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqaməti çərçivəsində Milli Təhsil Portalına əlavə funksiyalar tətbiq edilib. Bununla yanaşı müəllimlərin elektron işə qəbulu proqramı hazırlanıb. Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramının İnternet saytı (www.ict.edu.az) istifadəyə verilib.
Müasir texnologiyalar əsasında qurulan interaktiv “Məktəb xəritəsi” proqramı artıq Bakı şəhərində fəaliyyətə başlayıb və şəhər üzrə yerləşən təhsil müəssisələri burada öz əksini tapıb. Xəritədə Bakı şəhəri üzrə yerləşən təhsil müəssisələri göstərilib, proqram təminatı vasitəsi ilə məktəblər arası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və sair kimi məlumatları əldə etmək mümkün olub.
Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması istiqaməti üzrə Təhsilin İdarəolunması Məlumat Sistemlərinin (TİMS) bazası və Milli Təhsil Məlumat (MTM) bazası arasında məlumat mübadiləsi təmin olunmaqla yanaşı, əlavə funksionallar da tətbiq olunmuşdur. Təhsil müəssisələrinə verilən kompyuter avadanlığında 32 min Microsoft Windows XP Pro və Office XP Pro lisenziyalarının, antivirusların və digər istifadədə olan antivirusların lisenziyalarının müddəti uzadılıb.

Kadr potensialının gücləndirilməsi istiqaməti üzrə 2011-ci il ərzində 3,7 min nəfər inzibati-idarəetmə heyəti İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak edib. Təhsil sisteminin 21,3 min nəfər pedaqoji heyəti və 355 nəfər texniki heyət də İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak ediblər. Əlavə olaraq “Elektron məktəb” pilot layihəsində iştirak edən məktəblərin 250 müəllimi üçün daha genişformatlı təlimlər keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən seçilmiş pilot məktəblərin 300 nəfər pedaqoji heyəti üçün “1 şagird-1 kompyuter” layihəsi, 300 nəfər üçün isə “Həmkara Dəstək” layihəsi, 350 nəfər pedaqoji heyəti üçün “Fənlər üzrə elektron təhsil resurslarının hazırlanması” layihəsi üzrətreninqlər təşkil edilib.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi