Səbinə “Can” söylədi

sebine-can-soyledi
Oxunma sayı: 1212

“Eurovision 2012” təmsilçimiz, müğənni Səbinə Babayeva yeni mahnısını təqdim edib. 

“Qafqazinfo” xəbər verir ki, “Can” adlanan bəstə ilk dəfə “Кето и Котэ” operettasında səsləndirilib.  Daha sonra mahnı gürcü bəstəkar Viktoriya Dolidze tərəfindən müğənniyə təqdim olunub. 

Bəstənin Azərbaycan dilində sözlərini Fuad Vəlizadə yazıb. 

“Can” 4-cü İslam Oyunlarının bağlanış mərasimində səslənsə də, “Youtube” kanalına ötən gecə yerləşdirilib. 

Mahnının devizi “Can deyib can eşidək”dir.