İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin İnsan Hüquqları komitəsində sabah illik hesabatını təqdim edəcək.
“Qafqazinfo” xəbər verir ki, hesabatla bağlı dinləmələr əyani formada baş tutacaq. Bu barədə artıq komitə üzvlərinə məlumat verilib.
Parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc “Qafqazinfo”ya bildirib ki, dinləmə online formada keçirilməyəcək: “Komitənin 10 üzvü var. Dinləmələr zamanı 2 metrlik məsafəyə əməl ediləcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər