Daxili İşlər Nazirliyi (DİN) ötən gün dənizdə boğulan şəxslər barədə məlumat yayıb.
“Qafqazinfo” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər