Səbinə təqdimat keçirdi - - Fotolar

sebine-teqdimat-kecirdi-
Oxunma sayı: 1308

“Qafqazinfo”nun məlumatına görə, təqdimat mərasimində müğənni ilə yanaşı tanınmış şoumen Murad Dadaşov, Park Bulvarın piar-meneceri Günay Malikqızı, müğənninin prodüseri Hüseyn Cavadzadə və KİV nümayəndələri iştirak edib. 

Klipdə Azərbaycanın məşhur mədəniyyət və incəsənət xadimləri, tarixi abidələri, mədəni irsindən nümunələr, eləcə də Bakının maraqlı görüntüləri yer alıb. 

Ekran işi haqqında fikirlərini bölüşən Səbinə Babayeva ideyanın ona məxsus olduğunu bildirib: “Çox sevinirəm ki, ürəklə hazırladığım layihə üzə çıxır. “Azərbaycanım” “Karvan” qrupunun əvəzedilməz ifası isə məşhur idi. Bu mahnını uşaqlıqdan sevirəm, uşaqlıqdan bu gözəl əsər beynimdə qalıb. Hər zaman düşünürdüm ki, “Azərbaycanım”a yeni nəfəs verim. Bir tərəfdən də repertuarımda Azərbaycan haqqında mahnı olmadığı üçün fikrimi qətiləşdirdim və bu əsər üzərində dayandım. Klipin ərsəyə gəlməsinə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və BMC qrupu dəstək verib”. 

Qeyd edək ki, mahnının sözləri Malik Fərrux, musiqisi Mikayıl Vəkilova məxsusdur.

Könül