“Səbrsizliklə Vyana sazişinin reallaşmağını gözləyirik” - Moqerini

sebrsizlikle-vyana-sazisinin-reallasmagini-gozleyirik
Oxunma sayı: 1350

“Azərbaycan və Ermənistan liderlərinin Vyana görüşü və onların sülhü möhkəmləndirməyə hazır olmaqları ümidvericidir”. “Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.

O, iki liderin danışıqlarda konkret nəticələr əldə etmək üçün əlavə addımlar atmağa hazır olduqları ilə bağlı bəyanatının vacibliyini vurğulayıb:

“Avropa İttifaqı 2019-cu il yanvarın 16-da Parisdə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iclasında qeyd olunduğu kimi, humanitar tədbirlərin həyata keçirilməsi, eləcə də əhalini sülhə hazırlamağı nəzərdə tutan Vyana sazişinin reallaşacağı günü səbrsizliklə gözləyir. Avropa Birliyi bu səylərə dəstək göstərməyə hazırdır.

Bundan başqa, Brüssel ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik səylərini dəstəkləyir”, - deyə Moqerini söyləyib.