Seçicilər debatda onun uğur qazanacağına inanır

seciciler-debatda-onun-ugur-qazanacagina-inanir
Oxunma sayı: 2973

Amerikalı seçicilərin əksəriyyəti ölkənin keçmiş lideri Donald Trampın hazırkı prezident Co Baydenlə qarşıdakı debatda uğur qazanacağına inanır.

“Qafqazinfo” xəbər verir ki, bu, “The New Times”n Siena Kolleci ilə birgə keçirdiyi sorğunun nəticəsidir.

Araşdırmaya görə, sorğuda iştirak edən seçicilərin 60%-i Trampın debatda “yaxşı” və ya “kifayət qədər yaxşı” çıxış edəcəyinə inanır. Co Baydenə gəlincə, respondentlərin 46%-i bu mövqeyi tutub.

Qeyd edək ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.