Seçicilər Kamil Eyyubov üçün stadiona axın etdi - Fotolar

seciciler-kamil-eyyubov-ucun-stadiona-axin-etdi
Oxunma sayı: 4007

Bu gün 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Kamil Eyyubov Şamaxı Olimpiya İdman Kompleksində öz seçiciləri ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, deputatlığa namizəd görüşdə seçicilərə dövlətin ictimai və sosial həyatında vətəndaşların iştirakından, parlament seçkilərində iştirak edən hər bir Şamaxı əhalisinin rayonun inkişafında özünəməxsus rolunun olmasından, bu məsuliyyətli və şərəfli vəzifənin Şamaxı əhalisi üçün nə qədər əhəmiyyətli olmasından bəhs edib.

Kamil Eyyubov görüşə gələn seçicilərə bildirib ki, seçkilərdə xalqın qazanması hər kəs üçün önəmlidir. Görüş çıxışlarla davam edib. Tədbirdən sonra seçicilər 9 fevral tarixində keçiriləcək seçkilərdə Kamil Eyyubova səs verəcəklərini bildiriblər.