Seçicilər Naqif Həmzəyevə səs verəcəklərini dedilər - Video

seciciler-naqif-hemzeyeve-ses-vereceklerini-dediler
Oxunma sayı: 1219

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Naqif Həmzəyev bu dəfə şəhərin Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, deputatlığa namizədin görüşdüyü hər bir seçici ölkəmizin bugünkü inkişafını, siyasi sabitliyini, bütün sahələrdə aparılan islahatları yüksək qiymətləndirib, bu inkişafın, tərəqqinin davamlılığı üçün hər zaman Prezident İlham Əliyevin ətrafında olacaqlarını bildiriblər.

Seçicilər həmçinin Gəncə şəhərində aparılan abadlıq-quruculuq işlərindən razı qaldıqlarını vurğulayıb, xüsusən su-kanalizasiya xəttinin çəkilməsinin, küçələrin asfaltlaşdırılmasının ölkə Başçısının vətəndaşlara olan diqqət və qayğısının bariz nümunəsi kimi dəyərləndiriblər.

Seçicilər bir daha Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən partiyanın namizədi Naqif Həmzəyevə yenidən səs verəcəklərini bildiriblər.