Seçiciləri İqbal Ağazadəni alqışladı - Fotolar

secicileri-iqbal-agazadeni-alqisladi
Oxunma sayı: 1148

35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Tusi küçəsinin sakinləri ilə görüşüb.

"Qafqazinfo"nun məlumatına görə, Qarabağ qazisi İ.Ağazadə çıxış edərək bildirib ki, mən heç zaman başqa namizədlər haqqında fikir bildirməmişəm: "Amma bəzi məsələləri onlara xatırlatmaq lazımdır. Deyirlər ki, İqbal Ağazadəni əzib keçəcəyik. Bunlar başa düşmür ki, məni əzmək bu xalqı, bu seçicini əzməkdir. Sizin buna cəsarətiniz çatmaz. Sizin buna gücünüz, seçiciniz çatmaz".

Hər fikri seçicilər tərəfindən alqışlanan İ.Ağazadə məhəlli və ölkə problemlərindən danışıb və onların həll yollarını dilə gətirib. O bildirib ki, əgər Milli Məclisdə yenə yer alarsa, bütün bu məsələləri hökümət qurumları qarşısında qaldıracaq və həllini tələb edəcək.

Sonda İ.Ağazadə sakinlərin suallarına cavab verib və onlara soyuq havada görüşünə gəldikləri üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, sakinlər bir nəfər kimi İ.Ağazadəni dəstəklədiklərini bildirib və seçki günü gəlib məhz ona səs verəcəklərini söyləyiblər.