“Seçicilərin ələ alınması Seçki Məcəlləsinə meydan oxumaqdır”

secicilerin-ele-alinmasi-secki-mecellesine-meydan-oxumaqdir
Oxunma sayı: 1264

"Mənə 30 saylı Suraxanı seçki dairəsindən qeydə alınmış namizədlə bağlı ciddi şəkildə irad daxil olub".

"Qafqazinfo" xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

O qeyd edib ki, səsverməyə bir gün də qalsa, hansısa hal müşahidə olunsa şəxsin namizədliyi ləğv olunacaq:

"Seçicilərin ələ alınması Seçki Məcəlləsinə meydan oxumaqdır. MSK olaraq buna pis yanaşırıq və ciddi ölçü götürüləcək".

MSK sədrinin müavini Rövzət Qasımov da çıxışında bildirib ki, bəzi namizədlər öz platformasını “mən nəyi daha yaxşı edəcəyəm” şəklində yox, “kim nəyi daha pis edir” şəklində qururlar:

"Bəziləri elə düşünür ki, bu şəkildə səs ala biləcəklər: Elə düşünürlər ki, bu yolla səs ala biləcəklər. Onlar real mübarizəni başqalarının məğlubiyyəti əsasında qurmağa çalışırlar. Bu, yolverilməz haldır".

Günel Türksoy