Seçicilərin qeydiyyatı başa çatdı

secicilerin-qeydiyyati-basa-catdi
Oxunma sayı: 1368

“Azəriqaz” yanında yaradılacaq İctimai Şuraya keçiriləcək seçkilərdə səsvermə prosesində iştirak etmək üçün vətəndaş cəmiyyəti institutu təmsilçilərinin qeydiyyatı başa çatıb. 

“Qafqazinfo” xəbər verir ki, vətəndaş cəmiyyəti institutları 70 nümayəndənin qeydiyyata alınmasını müvafiq olaraq seçki komissiyasına təqdim edib.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfərdir. Onlar barədə məlumatlar Birliyin rəsmi internet səhifəsində yerləşdirilib. İctimai Şuraya seçkilər cari ilin aprel ayının 30-da Birliyin inzibati binasında keçiriləcək. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsi seçki prosesinin sosial şəbəkə üzərindən (Facebook) canlı yayımının həyata keçirilməsini planlaşdırır.